Gündəm / Siyasət / Cəmiyyət

"Qırmızı Xaç" Ermənistanda saxlanılan hərbçilərimizə BAŞ ÇƏKDİ


"Noyabrda ayında BQXK əməkdaşları Ermənistanda saxlanılan azərbaycanlılara yenidən baş çəkiblər”.

"Kanal14.az" bildirir ki, bu barədə Demokrat.az-a Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.

"Saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqə yaratmaları üçün şərait yaradılıb. Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir.

BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir”, - qurum rəsmisi əlavə edib.