Gündəm / Siyasət

İlham Əliyev və Paşinyan dekabrda Rusiyaya gedəcəklər

İlham Əliyev və Paşinyan dekabrda Rusiyaya gedəcəklər

Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın sonunda MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşündə, sonra isə Sankt-Peterburqda Avrasiya İqtisadi İttifaqının (Aİİ) rəsmi iclasında iştirak edəcək. 

"Kanal14.az" xəbər verir ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov açıqlayıb. 

"Bəli, biz İrəvandan siqnal aldıq ki, baş nazir dekabrın sonunda Sankt-Peterburqa gələrək, qeyri-rəsmi görüşdə (MDB) və Aİİ-nin rəsmi sammitində iştirak edəcək", - Uşakov bildirib.

Qeyd edək ki, Azərbaycan lideri İlham Əliyevin də MDB liderlərinin qeyri-rəsmi görüşünə qatılacağı gözlənilir.