Gündəm / Cəmiyyət / Hadisə

Bərdədə yas mərasimində xəsarət alanların SON DURUMU

Bərdədə yas mərasimində xəsarət alanların SON DURUMU

Bərdə rayonunun Yeni Daşkənd kəndində baş verən hadisədə xəsarət alan iki nəfərin müalicəsi Bərdə Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

TƏBİB-dən "Kanal14.az"a  bildirilib ki, onların vəziyyətləri stabildir.

"Digər xəsarət alanlar xəstəxanadan evə buraxılıblar", - deyə məlumat qeyd edilib.

Qeyd edək ki, noyabrın 23-də Bərdədə yas mərasimi keçirilən evin döşəməsi çöküb. Hadisə nəticəsində 33 nəfər xəsarət alıb, bir nəfər isə vəfat edib.