Gündəm / Hadisə / Dünya

Qəzzada xəstəxana müdiri və həkimlər əsir götürüldü

Qəzzada xəstəxana müdiri və həkimlər əsir götürüldü

İsrail hərbçiləri Qəzzanın Əl-Şifa xəstəxanasının direktoru Məhəmməd Əbu Səlmiyanı həbs edib.

"Kanal14.az" xarici KİV-ə istinadən xəbər verir ki, xəstəxananın direktoru ilə yanaşı, digər tibb işçiləri də İsrail ordusu tərəfindən saxlanılıb

İsrail HƏMAS bazasının Qəzzanın ən böyük xəstəxanası olan Əl-Şifanın altında olduğunu iddia edir. Lakin Qəzzanın səhiyyə nazirliyi İsrailin HƏMAS-ın xəstəxanada, o cümlədən binanın altındakı tunellərdə olması ilə bağlı iddialarını kəskin şəkildə rədd edib.

Həmçinin, HƏMAS Əl-Şifa xəstəxanasının direktorunun və digər həkimlərin əsir götürüməsini pisləyib.