Gündəm / Siyasət / Cəmiyyət

Ermənistan sərhəddə Azərbaycanla iclas keçirilməsini təklif etdi

Ermənistan sərhəddə Azərbaycanla iclas keçirilməsini təklif etdi

İki ölkə arasında sülhün bərqərar olması üçün real imkan var və bu, hər iki tərəfdən siyasi iradə olarsa reallaşa bilər.

"Kanal14.az" xəbər verir ki, bu barədə Ermənistan XİN bəyanat yayıb. 

"Ermənistan tərəfi bir daha Ermənistanın Azərbaycanla münasibətlərin normallaşdırılması və Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması istiqamətində səylər göstərmək üçün siyasi iradəsini bir daha təsdiq edərək, noyabrın 21-də Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına dair sazişin 6-cı təklifini təhvil verib.

Ermənistan tərəfi bu iradəni nümayiş etdirməkdə davam edir. Həmin iradənin ifadələrindən biri də Ermənistanın Azərbaycana iki ölkə arasında dövlət sərhədində demarkasiya komissiyalarının iclasının keçirilməsini təklif etməsidir",- bəyanatda deyilir.