Gündəm / Cəmiyyət / Hadisə / Sosial / Foto

"Əsas məsələ odur ki, yemək bərbad idi..." - GİLEY


Kanal14.az: - "9.11.2023-cü il tarixində Xəqani küç. 42/1 ünvanında yerləşən IL Patio & Planet Sushi Azerbaijan restoranında 62 azn hesab ödəyərəkv əlavə 9%-a 5,20 AZN servis xidməti ödəməyə məcbur etməyə çalışdılar, müştərini səhv çıxardaraq, belə bir qanun olmadığını mənə sübut etməyə çalışırdı, uzun mübahisələrdən sonra, servisi çıxarmağa razılaşdılar.

Bu bir tərəfə əsas məsələ odur ki, yemək bərbad idi!!! Suşi rolların içi boş. 1-ni sifariş etdik, irad bildirdik və yeməkdən imtina etdik, başqasını sifariş etdik, o da bunun kimi içində qızılbalıq yox, onun qırıntıları idi. Birincinin şəklini çəkmədik. 2-cini çəkdik. Normal şəkildə iradımızı bildirdik, sifarişlərin yarısını geri qaytardıq, yemədik və hesabı ödədik. Administrator günahını qəbul etmək əvəzinə, bizi səhv çıxarmağa çalışırdı. İçində 3 qram belə qızılbalıq yox idi, deyir qramajnan qoyuruq.


Deməli, qızılbalıq qırıntıları, bir damcı üstdən, bir damcı da o biri tərəfdən göstəriş üçün qoyublar, heç o belə görünmür, ortası ilə boş. Bu kankret müştərini mal yerinə qoymaqdı, dələduzluqdur. Üzr istəmək əvəzinə özünü təmizə çıxarmağa çalışırdı. Dəfələrlə iradlardan sonra yenə də dəyişmədi. Üstəlik hələ servis hesabladı.
Getməyin ora, bərbad!!!"//dia.az