Gündəm / Cəmiyyət / Şou

Türkiyəli aparıcı Xoşqədəmdən üzr istədi

Türkiyəli aparıcı Xoşqədəmdən üzr istədi

Türkiyəli aparıcı Didem Arslan Yılmaz Xoşqədəm Hidayətqızından üzr istəyib. 

"Kanal14.az" xəbər verir ki,  "Show TV" kanalında yayımlanan "Didem Arslan Yılmazla Asla vazgeçme"verilişində Esra adlı qadının müğənni Doğuşla dini nikahda olması ilə bağlı iddialarından sonra Didem Arslan açıqlama yayıb.

"Həmkarım Xoşqədəm Hidayətqızının bu məsələlərlə əlaqədar kədərləndiyini eşitdim. Boşanacaqları ilə bağlı bəzi iddialar var idi, bunlar da yalandır. Aldığım məlumatlara görə, Xoşqədəmlə Doğuş boşanmır. Yayımlara görə də pis olub, buna görə ondan üzr istəyirəm. Amma Esra xanım da sənədlərinin olduğunu deyir, qalanı Doğuşla həll edə biləcəyiniz məsələdir. Ər-arvad arasına mən girməyim. Evlilkləri davam edir", - deyə türkiyəli aparıcı bildirib. 

Xatırladaq ki, Xoşqədəm Hidayətqızı iddiaların səsləndiyi verilişlə bağlı məhkəməyə müraciət etmişdi.