Gündəm / Siyasət / Dünya

Serj Sarkisyan Şahramanyanla görüşdü

Serj Sarkisyan Şahramanyanla görüşdü

Ötən gün İrəvanda Qarabağ separatçılarının sonuncu "başçısı" Samvel Şahramanyanla Ermənistanın eks-prezidenti Serj Sarkisyan arasında görüş baş tutub. 

"Kanal14.az" xəbər verir ki, bu barədə "Hraparak" nəşri məlumat yayıb. 

Nəşr vurğulayır ki, görüşün təşəbbüskarı Serj Sarkisyan olub. 

"Sarkisyan Şahramanyanla şəxsən tanışdır. Lakin buna baxmayaraq üçüncü prezident Şahramanyanla görüşmək və onu dinləmək arzusunda olduğunu bildirib. Təbii ki, onların nə danışdıqları və nə razılaşdıqları barədə məlumat yoxdur".