Gündəm / Siyasət / Dünya

Ukraynada hava hücumu xəbərdarlığı elan edilib

Ukraynada hava hücumu xəbərdarlığı elan edilib

Ukraynanın altı vilayətində hava hücumu xəbərdarlığı elan edilib.

"Kanal14.az" xəbər verir ki, bunu Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsindəki məlumatlar sübut edir.

Söhbət Xmelnitski, Jitomir, Vinnitsa, Çerkassı, Kirovoqrad və Nikolayev vilayətlərindən gedir.

Bundan əvvəl Kiyev vilayətində və Ukraynanın bir sıra bölgələrində hava hücumu xəbərdarlığı elan edilib.