Gündəm / Siyasət / Dünya

"Azadlıq" radiosunun redaktoru Alsu Kamaşeva həbs edildi


"Azadlıq" radiosunun redaktoru ABŞ vətəndaşı Alsu Kamaşeva Kazanda həbs edilib.

"Kanal14.az" TASS-a istinadən xəbər verir ki, o, qanunda nəzərdə tutulmuş vəzifələrin icrasından yayınmaqda şübhəli bilinərək istintaq təcridxanasına göndərilib.

Onun barəsində 1 ay 17 gün həbs qətimkan tədbiri seçilib.