Gündəm / Siyasət / Cəmiyyət / Dünya

Ermənistanı bu ölkələr MƏHV EDƏCƏK – Bu dəfə Azərbaycan kənardan izləyəcək

Ermənistanı bu ölkələr MƏHV EDƏCƏK – Bu dəfə Azərbaycan kənardan izləyəcək

Kanal14.az: - Ermənistan Cənubi Qafqazı yenidən savaş meydanına döndərməyə çox yaxındır. Bu məsələdə Fransanın fəaliyyəti artıq tam açıq şəkil alıb. Paris İrəvanı yeni müharibəyə hazırlamaq istiqamətində fəaliyyət dairəsini daha da genişləndirməkdə israrlıdır. Emanuel Makron hakimiyyəti əlindən gələni edir ki, regionda yeni bir eskalasiya riski yaransın, gərginlik pik həddə çatsın. SƏbəbi gün kimi aydındır: Fransa regiona daxil olmaq niyyətindədir.

Demək olar ki, Fransanın ermənipərəst və anti-Azərbaycan siyasət yürütməsi səbəbindən Azərbaycan-Fransa əlaqələri hazırkı şəraitdə dondurulmuş vəziyyətdədir. Bütün təmaslar dayandırılıb. Düzü, Parisi bu vəziyyət zərrə qədər də olsun narahat edir kimi görünmür.

Hər halda narahat etsəydi Fransa Ermənistan ilə hərbi əməkdaşlığı Totalın Azərbaycanda qaz layihələrinə təsir edib-etməcəyini çox ciddi şəkildə götür-qoy edərdi. Lakin Parisin bu planı Bakını zərrə qədər də olsun narahat etmir. Çünkü Azərbaycan transmilli enerji şirkətləri ilə uğurlu əməkdaşlıq modeli qurub və etibarlı tərəfdaş statusuna malikdir. Bu status Makron, Pekrez və ya İdalqo kimilərinə görə zərər altına qoya bilməz.

Fransa ilə olan mövcud iqtisadi əməkdaşlıq layihələri icra olunacaq. Lakin bu şəraitdə, yeni layihələrin icra olunacağı inandırıcı deyil. Ən azı Emanuel Makron hakimiyyəti dövründə…

Fransanı Ermənistanın sonrakı taleyi zərrə qədər də olsun düşündürmür. Fransanın müdafiə naziri Sebastien Lekornu bildirib ki, Fransa və Ermənistan arasında silah satışı ilə bağlı saziş imzalanacaq. Müqavilədə hava hücumundan müdafiə sistemlərinin alınması nəzərdə tutulub. Nazir deyib ki, Ermənistana "sərhədlərinin mühafizəsini təmin etmək” imkanı vermək lazımdır. İstisna deyil ki, Fransa Ermənistana hücum silahları da satacaq. Məqsəd-məram açıq-aşkar ortada.

Əgər Fransa bu addımı ilə Bakı ilə İrəvan arasında gərginliyi artırmaqla iki ölkənin sülh sazişi imzalanması prosesinə ciddi maneə yaratmaq barədə düşünürsə, Avropa İttifaqının Ermənistandakı müşahidəçilərin sayının artırılması isə Rusiyanın bostanını Ermənistan üzərindən daşlamaqdan başqa bir şey deyil. Ona görə də bu məsələ indiki məqamda Azərbaycandan çox Rusiyanı narahat etməlidir.

ABŞ və Fransa baş nazir Nikol Paşinyanı Rusiyadan uzaqlaşdırmağa və İrəvanı Kremlin orbitindən çıxartmağa çalışır. Bunun üçün ilk addımlardan biri məhz Rusiyanın Ermənistandakı hərbi bazasını yaxın müddətdə çıxarılmasına təşviqə can atırlar. Bu missiyanı Ermənistanda saxlamaq və gücləndirmək Brüsselin, Vaşinqtonun başının altından çıxdığı hər kəsə məlumdur. ONların regionla bağlı planlarını pozmaq isə indiki məqamda ən azı Azərbaycan qədər Rusiyanı da narahat edən məsələdir.

Nikol Paşinyanın Qərbə inteqrasiya üçün hesablanmış addımları nəyinki fiasko, Ermənistan üçün böyük fəlakətlə nəticələnə bilər. Ermənistanı Suriya və Ukraynanın aqibəti gözləyir. Bu barədə sözügedən proseslərla bağlı Rusiyanın Kommersant və TASS agentliklərində çıxan analitik təhlil məqalələrdə də geniş söhbət açılıb.

İranın prezident İlham Əliyevin "3+3” formatında görüş təşəbbüsünü Bakı ilə gərginliklər ardından qəbul edib, evsahibliyi etmək istəyi də regionda bir çox məsələlərin əvvəlki kimi qalmadığını nümayiş etdirməkdədir. Belə görünür ki, İran da Rusiya kimi proseslərin hansı istiqamətdə inkişaf etdiyini, Qərbin Ermənistan vasitəsilə regiona soxulmağa can atdığını görür.

Ermənistan artıq regionun barıt çəlliyi kimi bu coğrafiyanı böyük təhlükə ilə üz-üzə qoymaqdadır. Ermənistana nə Azərbaycandan, nə də Türkiyədən hər hansı bir təhlükə yoxdur. Çünki Azərbaycan artıq öz istədiyinə nail olub. Əgər Azərbaycan 3 il bundan əvvəl 44 günlük Vətən müharibəsi ilə regionda geosiyasi vəziyyəti xeyrinə dəyişməyi bacarmışdısa, təxminən bir ay əvvəl 23 saatlıq lokal antiterror tədbiri ilə Qarabağın hər bir qarışına tamamilə nəzarəti ələ keçirməklə ərazi bütövlüyünü bərpa etdi. Ona görə də İrəvanın bu gün atdığı addımlar öz ayağına "sıxmaqdan” başqa bir şey deyil.

İran və Rusiyanın təzyiqləri altında nə Fransa və ABŞ, nə Ermənistandakı Aİ missiyası İrəvana kömək edə biləcək. Amma hadisələr bununla da kifayətlənməyəcək. Ermənisatn dövlətçiliyi artıq sual altındadır. Bu təzyiqlər altında indiyə kimi müstəqil xarici siyasəti olmayan Ermənistanın bir dövlət kimi mövcudluğunun sual altına düşməyi çox inandırıcı səslənir.

Azərbaycan-Rusiya-Türkiyə üçlüsü Paşinyana bu ilin sonunadək Azərbaycanla sülh sazişini imzalaması və Ermənistanın "3+3” formatına qoşulması üçün hər cür şərait yaradır, onun önündəki bütün maneələri bir-bir aradan götürür. Qalır Ermənistanın bu 2 aylıq fürsətdən necə yararlanması.

Artıq İran və Rusiya Azərbaycanın yaratdığı reallıqla barışdığını məcbur da olsa qəbul etməkdədir.Əgər 19-20 sentyabrda keçirilən antiterrortəsbirləri ilə erməni faşizminin, separatizmin ərazilərimizdə başı əzilmiş və Qarabağ mövzusu Ermənistanla sülh danışıqlarının tormozlayıcı predmeti olmaqdan çıxarılmışdısa, ardınca da sülh prosesini pozacaq terrorçu-separatçı hərəkatın əsas liderlərinin qandallanaraq Bakıya – DTX-nin təcridxanasına gətirilməsi Paşinyanın əlindən bütün bəhanələri almaq deməkdir.

Uzun illər Rusiya hərbi kəşfiyyatının nəzarətində olmuş separatçı liderləri Qarabağdan qaçırmaq və ya gizləmək imkanları olduğu halda, bölgədəki rusiyalı hərbçilərin buna əl atmaması bir daha təsdiqləyir ki, Kreml Azərbaycan-Türkiyə tandemiylə razılaşmasına sadiqdir və Ermənistanla sülh müqaviləsinin imzalanmasına da qətiyyən maneçilik törətmək niyyətində deyil. Çünkü bu gün Kremlin Cənubi Qafqazda sabitliyə bəlkə də hər kəsdən çox ehtiyacı var.

Görünən odur ki, Rusiya qərbpərəst Paşinyanla əsas "haqq-hesab”ını məhz Azərbaycanla sülh müqaviləsinin imzalanmasından sonrakı dövrə planlaşdırır. Lakin Azərbaycan da ona qarşı olan təzyiqlər qarşısında susqunluq nümayiş etdirmir. Rəsmi Bakı Ermənistanın militarizasiyasına və neokolonializm yolu ilə Fransanın Cənubi Qafqazda mövqe tutmasına imkan verəcək kimi görünmür. Afrikadan qovulmaqda olan Fransanın Cənubi Qafqazda özünə yer etmək cəhdləri uğursuzluqla nəticələnəcək.

Lakin bu hadisələr fonunda nə olacaqsa Ermənistana olacaq. Ermənistanın Qərbi və xüsusilə Fransanı regiona daşmaq niyyəti ona baha başa gələcək. İran və Rusiya bunu Ermənistana bağışlamayacaq. Hətta bu bağışlanmaz cəhdin cavabı Ermənistanın coğrafiyadakı yoxluğu hesabına başa gələ bilər.//guninfo.net