Gündəm / Hadisə / Dünya

Rusiyanın "Buk" raketi Ukrayna helikopterini VURDU

Rusiyanın

Ukraynanın Mi-8 helikopteri Xarkov vilayətində Rusiyanın "Buk" zenit-raket kompleksinin ekipajı tərəfindən vurulub.

"Kanal14.az" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlayıb. 

"Ümumilikdə, xüsusi əməliyyat zamanı Ukrayna 491 təyyarə və 251 helikopteri itirib", - deyə məlumatda qeyd olunub.