Gündəm / Siyasət / Dünya

İsrail İrana görə Aralıq dənizinə sualtı donanma yerləşdirdi

İsrail İrana görə Aralıq dənizinə sualtı donanma yerləşdirdi

İsrail İran və Hizbullahın qarşısını almaq üçün Aralıq dənizində sualtı qayıqlar donanmasını yerləşdirib.

"Kanal14.az" xəbər verir ki, bu barədə İsrailin "Bohl" nəşri məlumat yayıb.

"İran və Hizbullahı cilovlamaq səylərinin bir hissəsi olaraq, Aralıq dənizində təkcə Amerika təyyarədaşıyıcıları deyil, 7-ci Sualtı Donanması da müharibənin ilk günündən Aralıq dənizində yerləşdirilib", - deyə qeyd olunub.

Bildirilib ki, HƏMAS İsrailə təkcə qurudan və havadan deyil, dənizdən də zərbə endirməyə qadirdir.