Gündəm / Siyasət / Cəmiyyət / Sosial

Gələn il əhalinin Şuşaya köçürülməsinə başlanılacaq

Gələn il əhalinin Şuşaya köçürülməsinə başlanılacaq

"Gələn ilin birinci rübündə əhalinin Şuşaya köçürülməsinə başlanılacaq. Bu, 400-ə yaxın ailəni əhatə edəcək".

"Kanal14.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

O bildirib ki, bu yaxınlarda genişmiqyaslı yol infrastrukturunun inşası prosesinə başlanılacaq. Onun sözlərinə görə, sosial obyektlərin tikintisi prosesi davam etdirilir.