Xəbər verdiyimiz kimi, İsrail Qəzza zolağında Əl-Mamedani xəstəxanasına hücum edib. Hadisə  nəticəsində 500 insan həyatını itirib.  

"Kanal14.az" xəbər verir ki,  faciədən sonra Fələstin Səhiyyə Nazirliyinin rəsmiləri xəstəxana bağçasında meyitlər arasında mətbuat konfransı keçirib.

Mətbuat konfransında çəkilən fotoda nazirlik rəsmiləri açıqlama verərkən kürsü qarşısında fələstinlilərin ölən uşaqlarını qucağında tutduqları görülüb.

Nazirlik rəsmiləri, "Hazırda ölənlərin sayını müəyyən etmək mümkün deyil, çünki parçalanmış və yanmış yüzlərlə cəsəd var. Həyatını itirənlərin hamısı mülki şəxslərdir", - deyə bəyanat yayıb.