Gündəm / Hadisə / Dünya

İsraildə keçirilən festivalın 260-a yaxın iştirakçısı ölü tapılıb

İsraildə keçirilən festivalın 260-a yaxın iştirakçısı ölü tapılıb

İsrailin cənubundakı Kibbutz Reimdə açıq havada baş tutan "Nature Party" musiqi festivalının keçirildiyi yerdə cəsədlər tapılıb.

"Kanal14.az" xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb. Könüllülər axtarış-xilasetmə əməliyyatları zamanı ərazidə 260 cəsəd tapıb.

Fələstinin HƏMAS radikal qruplaşmasının hücumu zamanı tədbir keçirilib.

Festivalda iştirak edən onlarla turist meydandan 30 kilometrdən çox məsafə qət edərək İsrailin Netivot şəhərinə gedib.

İştirakçılardan bəzisi girov götürülüb.