Gündəm / Siyasət

"Azərbaycan öz suverenliyini tam bərpa edib" - İranın Baş Qərargah rəisi


"Azərbaycanın həyata keçirdiyi tədbirlər ərazi bütövlüyünü bərpa etmək üçün idi. Azərbaycan öz suverenliyini tam bərpa edib".

"Kanal14.az" "Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri deyib.

"Bizim Qafqazda iki qonşumuz var. Bunlardan biri Azərbaycan, digəri isə Ermənistandır. Biz bu dövlətlərin arasında sülhün olmasını istəyirik və bu istiqamətdə vasitəçi olmağa hazırıq”, - deyə Baqeri bildirib.

General qeyd edib ki, İran həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və suverenliyinə hörmətlə yanaşıb. "Mən region dövlətlərinin müdafiə nazirləri ilə görüşlər keçirmişəm. Onların hamısı hesab edir ki, regiona kənar qüvvələrin cəlb olunmasına ehtiyac yoxdur”.