Gündəm / Siyasət / Dünya

"Bizə yeni hərbi tərəfdaş lazımdır" - Ermənistan prezidenti


Ermənistanın yeni hərbi tərəfdaşa ehtiyacı var və Fransa ilə hərbi yardımın göstərilməsi məsələsini müzakirə edir.

"Kanal14.az" xəbər verir ki, bunu Ermənistan prezidenti Vaaqn Xaçatryan deyib.

"Bizə yeni hərbi tərəfdaş lazımdır. Fransa isə müdafiə qabiliyyətimizi gücləndirmək üçün bizə kömək etmək və dəstəkləmək niyyətində olduğunu bildirdi. Hazırda müvafiq danışıqlar aparılır. Məqsədimiz özümüzü müdafiə etməkdir, - deyə Xaçatryan qeyd edib.