Gündəm / Siyasət / Dünya

"Kreml hökmdarı üçün dünya getdikcə kiçilməkdədir" - Leyen


Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ermənistanın Roma Əsasnaməsini ratifikasiya etməsini yüksək qiymətləndirib.

"Kanal14.az" xəbər verir ki, diplomat "X" sosial şəbəkədəki səhifəsində yazıb.

"Mən Ermənistan parlamentinin BCM-nin Roma Statutunun ratifikasiyasını alqışlayıram. Ermənistan qanunun aliliyinə sadiq olan 123 dövlətə qoşulub. Kreml hökmdarı üçün dünya getdikcə kiçilməkdədir”, - Avropa Komissiyasının prezidenti qeyd edib.