Gündəm / Cəmiyyət

Saleh Məmmədov, heç olmasa şəhidlər evi Qarabağda pul yemə!

Saleh Məmmədov, heç olmasa şəhidlər evi Qarabağda pul yemə!

Kanal14.az: - Bizim məmurlar isə korrupsiyanın əndazəsi yoxdur. Onlar üçün fərq etmir ki, yeyintiyə harada, necə yol verilir, təki xortumlasınlar. Axı heç olmasa "qırmızı xətt"lər, mənəvi ölçülər olmalıdır?! Hər şeyin bir dərəcəsi, həddi-hüdudu var. Amma görün pul gözlərini necə tutubsa, 30 il xalqın həsrət qaldığı, xəyal elədiyi, millətin uğrunda qan tökdüyü, şəhid verdiyi Laçın üçün tikilən yolun da pulunu mənimsəyiblər. Əgər belə olmasaydı, o yol niyə belə tezliklə çəkərdi ki? Təsəvvür edin, ölkə şəhidlər verir, dövlət və xalq Xankəndidə separatizmin kökünün kəsilməsi üçün mübarizə aparıb qələbə qazanır, bizə hələ də yuxu kimi gələn tarixi zəfər çalınır, 200 illik bir layihə bitir, o tərəfdə isə Laçın yolu üçün ayrılan vəsaiti yağmalayırlar. Çox rəzil mənzərədir. Biz dünya ilə informasiya savaşı aparırıq, zülm-zillətlə "Laçın" postu qururuq, erməni əhalisinə qarşı humanitar fəlakət olmadığını, əksinə, onlara hər cür yardım etdiyimizi beynəlxalq ictimaiyyətə nümayiş etdiririk, burada isə öz hayında olanlar pul silirlər. Utanmasan, oynamağa nə var ki?! Laçın yolu kimi strateji yer, 30 il ermənilərin əsas çıxış qapısı, Rusiya və Ermənistan üçün əhəmiyyətli ərazi, uğrunda tökülən qanlar...Və budur, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bu yolu da çökdürür - korrupsiya səbəbindən... Hətta yoldan yük maşınlarının keçməsi, ermənilərin köçü belə bəhanə ola bilməz ki, ağırlıq düşdü, yol çəkdi. Gülməli arqument olardı. Bəs, nədir bu tamah? Saleh Məmmədov bu vəzifədə illərdir ki, maxinasiyalar həyata keçirir, bunu bildik, barı Laçın yolunda etməsin! Biz 30 il Laçın yoluna nəzarəti özümüz üçün yuxu bilmişik, indi möhtəşəm nəticə əldə edilib, Saleh Məmmədov və başının dəstəsi pul yeyir. Heç olmasa başqa rayonda, Bakının qəsəbələrində bunu edin, Laçında yox...

Saleh Məmmədov, heç olmasa şəhidlər evi Qarabağda pul yemə!

Məlumatda bildirilir ki, yoldakı çatlar ciddidir və hər an çökmə baş verə bilər. Bu Laçın yolu 2021-2022-ci illərdə Azərbaycan dövlətinin maliyyəsi hesabına çəkilib. 2022-ci il avqustun 31-dən, yəni artıq Laçın şəhəri rəsmən Azərbaycan dövlətinin yurisdiksiyasına keçməsindən bir neçə gün sonra ermənilər bu yeni yolla rahat şəkildə Ermənistana gedib-gəlməyə başlayıblar. Yəni təxminən 1 il, 1 ay sonra yol çökdü. Bu qədər tab gətirməsi belə möcüzədi. Çünki yol tikintisində keyfiyyətsiz iş görülüb, materialların pulu yeyilib, nəticəsi də göz qabağındadır. Bizim məmurların "yolpulu yeyən" olduğunu bilirdik, amma mənfur düşməndən azad edilən Qarabağda edəcəklərini gözləmirdik.//ANAXEBER.İNFO