Gündəm / Siyasət / Cəmiyyət

Qarabağın erməni sakinlərinin nümayəndələri ilə növbəti görüş keçirilir

Qarabağın erməni sakinlərinin nümayəndələri ilə növbəti görüş keçirilir

2023-cü sentyabrın 29-da Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş başlayıb.

"Kanal14.az" xəbər verir ki, Azərbaycanın mərkəzi hakimiyyətini görüşdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov təmsil edir.

Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələndi. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı.

Bundan daha əvvəl Yevlaxda sentyabrın 21-də ilk görüş keçirildi, növbəti görüş isə sentyabrın 25-də Xocalıda baş tutub.