Gündəm / Siyasət / Hadisə / Dünya

İrəvanda etirazçılar yenidən küçələri bağlamağa başlayıblar

İrəvanda etirazçılar yenidən küçələri bağlamağa başlayıblar

Ermənistanın paytaxtı İrəvanda səhər saatlarından etibarən etirazçılar şəhərin küçələrini bağlayır və Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edirlər.

"Kanal14.az" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Nəşrin məlumatına görə, polis yenidən kütləvi həbslərə başlayıb.

Xatırladaq ki, Ermənistan müxalifətinin liderləri oktyabrın 5-i Nikol Paşinyanın istefaya göndərilməli olduğu gün kimi elan ediblər.