Gündəm / Siyasət / Dünya

Rəsmi Moskva münasibətlərin pozulmasına görə Paşinyanı günahlandırdı

Rəsmi Moskva münasibətlərin pozulmasına görə Paşinyanı günahlandırdı

Moskva yaxın vaxtlarda Ermənistan rəhbərliyinin ikitərəfli münasibətlərə xələl gətirən bir neçə bəyanatı ilə bağlı açıqlama verəcək.

"Kanal14.az" rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Rossiya-24” telekanalının efirində bildirib.

"Əlbəttə ki, Moskva reallığa uyğun gəlməyən bir sıra bəyanatlara diqqət çəkib. Ermənistanın baş naziri Nikol Paşinyan və İrəvanın rəsmi nümayəndələri tərəfindən verilən bəyanatlar ikitərəfli münasibətlərin inkişafına ziddir. Buna müfəssəl cavab sözün əsl mənasında yaxın gələcəkdə veriləcək. Bir neçə dəqiqə ərzində Rusiya Xarici İşlər Nazirliyinin müvafiq bəyanatı dərc olunacaq”, - Zaxarova qeyd edib.