Gündəm / Siyasət / Dünya

Polşa Zelenskiyə xəbərdarlıq etdi

Polşa Zelenskiyə xəbərdarlıq etdi

Polşanın baş naziri Mateuç Moraveski Ukrayna prezidenti Volodimir Zelenskidən polyakları bir daha təhqir etməməyi tələb edib.

"Kanal14.az" xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, Ukrayna rəhbəri BMT-dəki çıxışı zamanı polyakların ünvanına təhqiramiz sözlər deyib.

"Prezident Zelenskiyə demək istəyirəm ki, bir daha polyakları təhqir etməsin. Polyaklar bunun təkrarlanmasına imkan verməyəcəklər. Polşanın yaxşı adını qorumaq respublika hökumətinin ən mühüm vəzifəsidir. İndiki geosiyasi vəziyyətdə Polşa hakimiyyəti bütün arqumentlərini müdafiə etmək niyyətindədir", - deyə Moraveski vurğulayıb.