Gündəm / Siyasət / Dünya

Şolts BMT-də Zelenski ilə 30 dəqiqəlik görüş keçirdi

Şolts BMT-də Zelenski ilə 30 dəqiqəlik görüş keçirdi

BMT Baş Assambleyası çərçivəsində assosiasiyanın nazirlər toplantısında Almaniya kansleri Olaf Şolts Ukrayna prezidenti Volodimir Zelenski ilə 30 dəqiqəlik görüş keçirib.

"Kanal14.az" xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebestreit məlumat verib.

"Bu gün kansler Şolts Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Ukrayna prezidenti Zelenski ilə görüşüb. 30 dəqiqəlik söhbətdə onlar Ukraynadakı siyasi, hərbi və humanitar vəziyyəti müzakirə ediblər", - Hebestreit qeyd edib. Eyni zamanda o əlavə edib ki, Zelenski Almaniya hökumətinə hərbi dəstəyə, xüsusən də Ukraynanın artilleriya və hava hücumundan müdafiəsini gücləndirdiyinə görə təşəkkür edib.

Görüş zamanı Şolts Zelenskini Almaniyanın beynəlxalq tərəfdaşlarla koordinasiyalı şəkildə Ukraynaya dəstəyini davam etdirəcəyinə inandırıb. Almaniya kansleri həmçinin bildirib ki, Almaniya Ukraynanın bərpası ilə bağlı növbəti konfransı 2024-cü il iyunun 11-də keçirəcək.