Gündəm / Siyasət / Dünya

Ərdoğan ilk dəfə Netanyahu ilə görüşdü

Ərdoğan ilk dəfə Netanyahu ilə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk dəfə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb.

"Kanal14.az" xəbər verir ki, görüş BMT sessiyasının keçirildiyi Nyu-York şəhərində yerləşən "Türk Evi"ndə baş tutub. Görüşdə beynəlxalq və regional məsələlər, iki ölkə arasında siyasi və iqtisadi əlaqələr və İsrail-Fələstin münaqişəsi ilə bağlı son hadisələr müzakirə edilib.