Gündəm / Siyasət / Cəmiyyət

Erməni sakinlərin “Laçın” buraxılış məntəqəsindən sərbəst keçidi davam edir

Erməni sakinlərin

Qarabağda yaşayan erməni sakinlərin "Laçın” dövlət sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi davam edir.

"Kanal14.az" xəbər verir ki, bu gün, sentyabrın 19-da Laçın DSBM-dən Xankəndi-Gorus istiqamətində BQXK-nə məxsus 9 nəqliyyat vasitəsinin, 28 nəfər şəxsin keçidi olub.

Bu şəxslərdən 5 nəfər BQXK üzvü, 9 nəfər sürücü, 7 nəfər xəstə, 6 nəfər müşayiətçi, 1 nəfər tibb işçisidir.