Gündəm / Siyasət / Dünya

Zelenski ABŞ-yə GETDİ

Zelenski ABŞ-yə GETDİ

Ukrayna prezidenti Volodimir Zelenski öz Telegram kanalında BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirak etmək üçün ABŞ -yə getdiyini açıqlayıb.

"Kanal14.az" xəbər verir ki, Ukrayna liderinin sözlərinə görə, o, Dayanıqlı İnkişaf Məqsədləri və Təhlükəsizlik Şurasının sammitində də iştirak edəcək.

"Əhəmiyyətli ikitərəfli görüşlər artıq planlaşdırılıb", - Zelenski deyib.

Onun sözlərinə görə, Vaşinqtonda ABŞ prezidenti Co Bayden, o cümlədən Konqresin palata və partiya rəhbərləri, hərbi rəhbərlik, Amerika biznesi, jurnalistlər və ictimaiyyətlə danışıqların aparılması planlaşdırılır ”.

Zelenski həmçinin Braziliya prezidenti Luiz İnasio Lula da Silva və İsrailin baş naziri Benyamin Netanyahu ilə də görüşməyi planlaşdırır .