Gündəm / Siyasət

Milli Məclisdə yeni qanun layihəsi müzakirə olunur

Milli Məclisdə yeni qanun layihəsi müzakirə olunur

Milli Məclisdə "Energetika haqqında” yeni qanununun layihəsi daxil olub.

"Kanal14.az" xəbər verir ki, qanun layihəsi Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndinə uyğun olaraq, energetika sahəsində fəaliyyətin ümumi hüquqi, iqtisadi və idarəetmə əsaslarını, habelə enerji təhlükəsizliyinin təmin edilməsinin, sağlam rəqabət mühitinin formalaşdırılmasının, davamlı iqtisadi inkişafın dəstəklənməsinin, istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan və təhlükəsiz enerji ilə təmin edilməsinin mexanizmlərini müəyyən edir.