Gündəm / Siyasət / Cəmiyyət

Ermənilər Qarabağdan KÖÇMƏYƏ BAŞLAYIB? - Ermənistan KİV

Ermənilər Qarabağdan KÖÇMƏYƏ BAŞLAYIB? - Ermənistan KİV

Dünən – sentyabrın 15-i axşam saatlarında Azərbaycan Respublikasının Rusiyanın nəzarəti və separatçı-terrorçu rejimin işğalında olan Xankəndi şəhərinin "dirçəliş” meydanında mitinq keçirilib.

"Kanal14.az" moderator.az-a istinadla xəbər verir ki, "Hraparak” qəzetinin yazdığına görə, aksiyaya toplaşan hayklar Qarabağın dağlıq hissəsindən çıxmaları üçün humanitar dəhliz verilməsini tələb ediblər.

"Bizə məlumat verildi ki, toplaşanlar Hadrut şəhərinin meri başda olmaqla Hadrut sakinləridir. Sonuncular artsaxdan çıxmaq üçün humanitar dəhliz açılmasını tələb edirlər. Samvel Babayan və Hayk Xanumyan(keçmiş "ərazi və idarəetmə naziri-S.L.) da Hadrut sakinləri ilə birlikdədirlər, onlar bir neçə dəqiqə əvvəl etirazçılara qoşulublar. Xatırladaq ki, dünən Babayanın kadrı sayılan Tiqran Petrosyan da artsaxdan çıxmaq üçün humanitar dəhliz tələb etdiyini açıqlamışdı.
Əvvəl yazmışdıq ki, Babayan Samvel yeni prezidentin(Samvel Şahramanyan-S.L.) seçilməsi ilə barışmır”- xəbərdə belə deyilir.