Gündəm / Siyasət

"Ermənistanda 3000 "Vaqner"çinin olması yalandır" - Zaxarova


"Ermənistanda 3000 "Vaqner" hərbçisinin olması ilə bağlı heç bir fakt yoxdur".

"Kanal14.az" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. 

"Şəkillər haradadır, faktlar haradadır? hamısı mifdir. Rəqəmlər, faktlar, heç olmasa nəsə olmalıdır. 3000 rəqəmi 3 deyil, bu, gizlədilə bilən kiçik qrup da deyil. Əlavə edəcək heç nə yoxdur", - XİN rəsmisi həftəlik mətbuat konfransı zamanı deyib. 

Qeyd edək ki, Ermənistanın hökumətyönlü "Telegram" kanalları Ermənistanda 3000 vaqnerçinin olduğunu yazır. Bildirilir ki, hərbçilər yerli qüvvələrin dəstəyi ilə çevriliş etməli və Ermənistanın baş naziri Nikol Paşinyanı devirməlidir.