Gündəm / İqtisadiyyat / Cəmiyyət

Dövlətə 7 milyondan çox borcu olan Yavər kimdir? - “Qaçqınkom”un sevimli şirkəti batır

Dövlətə 7 milyondan çox borcu olan Yavər kimdir? -

Bakıda bir sıra dövlət qurumların tenderlərinin qalibi olan və "tender kralı” adını qzanan "Bakinşaat Group” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) borc içində batır.

"Kanal14.az"ın Qaynarinfo-ya istinadən məlumatına görə, qanuni təmsilçisi Məmmədov Elşad Sabir oğlu olan "Bakinşaat Group” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 7 milyon 184 min 469 manat vergi borcu var. Şirkətin qanuni təmsilçisinin ölkədən çıxşına "stop” qoyulsa da, "Bakinşaat Group” MMC-nin əsil sahibi Yavər adlı sahibkardır.

Dövlətə 7 milyondan çox borcu olan Yavər kimdir? -

O həmçinin Rusiyada otellər şəbəkəsinin də sahibidir. Onun Yessuntukidə sanatoriyası da var. Buna baxmayaq, həmin şəxs dövlətə və o cümlədən fərdi sahibkarlara olan borclarını qaytarmır. "Bakinşaat Group” MMC-ni isə öz köməkçisi Elşad Məmmədovun adına rəsmiləşdirib.

Hazırda Elşad Məmmədovun ölkədən çıxışına "stop” qoyulub. "Bakinşaat Group” MMC-nin əməkdaşlıq etdiyi şirkətlərə də külli miqdarda borcu yaranıb. Borc sahibləri müvafiq dövlət qurumlarına şikayətlərdə ünvanlasalar da, onların vəsaitləri MMC sahibi Yavər tərəfindən qaytarılmır.

Dövlətə 7 milyondan çox borcu olan Yavər kimdir? -

"Bakinşaat Group” MMC-nin borclu olduğu şəxslərdən biri Qaynarinfo-ya bildirib ki, şirkət onun pulunu vermir.

Qeyd edək ki, "Bakinşaat Group” MMC mütəmadi olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin milyonluq tenderlərini udub. Təkcə 2020-ci ilin son rübündə komitə ilə "Bakinşaat Group” MMC arasında maliyyə dəyəri 3 801 400.68 AZN olan müqavilə imzalayıb. Müqaviləyə əsasən, MMC Ramana qəsəbəsi ərazisində 1512 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 280 yerlik uşaq bağçasının tikintisini həyata keçirib.

Dövlətə 7 milyondan çox borcu olan Yavər kimdir? -

"Bakinşaat Group” MMC rəhbərliyi isə dolayı yolla yaranmış borca görə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini günahlandırır.