Gündəm / Siyasət / Cəmiyyət

Kərəm Həsənovun mövqeləri ZƏİFLƏYİB... - YOLA SALINIR?

Kərəm Həsənovun mövqeləri ZƏİFLƏYİB... - YOLA SALINIR?

Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri, 1-ci dərəcə dövlət müşaviri Kərəm Həsənovun adı son günlər bir sıra qalmaqallarda hallanmaqdadır.

"Kanal14.az" bildirir ki, bu barədə DİA.AZ-a hökumətdəki mötəbər mənbə informasiya verib və xəbəri verən qaynaq iddia edir ki, məhz köhnə eşalonun soin qalığı kimni görəvini və iqtidardaxili mövqelərini qorumaqda olan Kərəm Həsənova yaxın günlərdə birdəfəlik "əlvida" deyiləcək.

Mənbənin iddia etdikləri: "Yaxın günlərdə Kərəm Həsənov vəzifədən alınacaq. Bu, həm də o deməkdir ki, 30-dan artıq nüfuzlu vəzifə sahibi - hansıklar ki hələ də Kərəm Həsənovun himayəsi altındadırlar - onların da sonu yaxınlaşır".

Mənbə iddia edir ki, eyni zamanda Kərəm Həsənovun deputat qardaşı Malik Həsənovun da növbəti seçkilərdə mandat almayacağı qətiləşib. Xatırladaq ki, bu barədə bir neçə gün əvvəl yerli KİV-də səslənən iddialarda da eyni fikir yürüdülürdü və qeyd olunurdu ki, gözlənilən növbədənkənar seçkilərdə Malik Həsənovun yenidən mandat alacağı gözlənilmir.

DİA.AZ bildirir ki, Kərəm Əvəz oğlu Həsənov 2 avqust 1969-cu il tarixindəı Cəlilabad rayonuda anadan olub və bu səbəbdən onun kadrlarının demək olar ki, hamısı eyni rayondan və az qala eyni kənddəndir...

Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...