Gündəm / Cəmiyyət / Hadisə

BQXK sərhəddə saxlanılan erməni futbolçularla görüşdü

BQXK sərhəddə saxlanılan erməni futbolçularla görüşdü

30 və 31 avqust tarixlərində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri avqustun 28-də saxlanılan 3 şəxsə baş çəkib.

Bunu "Kanal14.az"a açıqlamasında BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

"Onlarla təkbətək görüş keçirilib və ailələri ilə əlaqə yaratmaq imkanı yaradılıb", - deyə BQXK rəsmisi bildirib.