Alimlər dişlərin müalicəsi üçün yeni üsul təklif ETDİ
Öz diş minanızı kök hüceyrələrlə bərpa etmək plomb qoydurmaqdan daha yaxşıdır.
"Kanal14.az" xəbər verir ki, bu barədə Vaşinqtondan olan alimlər bildiriblər.
Doktor Ruhola-Beyker və onun həmkarları kök hüceyrələrin ameloblastlara, diş minasını əmələ gətirən hüceyrələrə çevrilə biləcəyini yoxlayıblar. Alimlər xüsusi bir dərman kokteylində mühəndislik üsulu ilə hazırlanmış ameloblastların təbii zülallarla eyni zülalları istehsal etdiyini müşahidə ediblər.
"İzvestiya” qəzetinin yazdığına görə, başqa bir kokteyl kök hüceyrələrin odontoblastlara, dişin xarici minasının altındakı sərt toxuma növü olan dentini istehsal edən hüceyrə növünə çevrilməsinə təkan verib.
Hələlik bu tədqiqat tibbi müalicənin konsepsiyasına dair bir sübutdur. Alimlər klinik sınaqlara başlamaq üçün mina istehsalını artırmağı planlaşdırır.