Gündəm / Cəmiyyət / Foto

İcra başçısı Bulvarı qarış-qarış satıb- FOTOLAR

İcra başçısı Bulvarı qarış-qarış satıb- FOTOLAR

Sumqayıtın icra başçısı Zakir Fərəcov şəhərin Dənizkənarı Bulvarını qarış-qarış satıb.

"Kanal14.az" JAMAZ.İNFO-ya istinadən xəbər verir ki, bu barədə şəhər sakinləri məlumat veriblər.

Onlar bildiriblər ki, icra başçısı Bulvarda bütün yerləri satdığından sakinlərin gəzməsi və istirahəti problemə çevrilib. Belə ki, satılan ərazilərdə ya iaşə obyektləri tikilib, ya da oturmaq üçün heç bir şərait yaradılmayıb.

Yerli sakinlərin etirazına baxmayaraq, satılan ərazilərdə tikiti işləri davam etdirilir. İnsanlar ərazidə tikinti aparan şəxslərə iradlarını bildirsələr də, onlara verilən cavab çox qəribə olub: "Pulumuzu verib, yerimizi almışıq. Öz ərazimizdir, tikinti işlərini aparmaq üçün icazəmiz də var. Gedin, kimə istəyirsiz şikayət edin”.

Sumqayıt əhalisi bununla bağlı tədbir görülməsini, onlar üçün Bulvarda şərait yaradılmasını tələb edirlər.

Maraqlıdır ki, Bulvar ərazisi qanunla şəxsi adamlara satıla bilməz. Həmin ərazilər dövlətin balansındadır. Bu ərazilər Əmlak Komitəsinin çıxardığı rəy və keçirdiyi hərraca əsasən özəlləşdirilə bilər ki, hazırda belə bir qərar yoxdur. O zaman sual yaranır: Zakir Fərəcov hansı qanuna əsaslanaraq, Bulvar ərazisini şəxslər və ya iş adamlarına satıb?

Bu əsnada bildirək ki, Zakir Fərəcovun iş adamlarına 50 milyon manat borclu olduğu iddia edilir. Bildirilir ki, həmin borc şəhərdə həyata keçirilən yenidənqurma və tikinti işləri nəticəsində yaranıb. Belə ki, icra başçısı dövlət büdcəsindən ayrılmış pulları öz məqsədləri üçün istifadə etdiyindən, görülən işlərin pullarını ödəməyib. Nəticədə, böyük məbləğli borcun yaranması baş verib ki, bu da qalmaqala səbəb olub.

Elə bu səbəbdəndir ki, Sumqayıtdan olan iş adamları şəhər Dənizkənarı Bulvarının qarış-qarış satılmasını istehza ilə "Fərəcov borclarını bağlamaq üçün əvvəlcə Bulvarı, axırda isə Sumqayıtı satacaq” deyirlər.

Onu da bidirək ki, Sumqayıtda təkcə, Bulvar deyil, dəniz kənarındakı boş sahələr də satışa çıxarılıb. Yerli və kənar iş adamlarına təklif edilir ki, həmin əraziləri alsınlar. Sakinlər deyirlər ki, belə davam edərsə, Zakir Fərəcov şəhərdə və dənizin kənarında bir qarış belə boş yer saxlamayacaq və hamısını satacaq.

İcra başçısı Bulvarı qarış-qarış satıb- FOTOLAR

İcra başçısı Bulvarı qarış-qarış satıb- FOTOLAR

İcra başçısı Bulvarı qarış-qarış satıb- FOTOLAR

İcra başçısı Bulvarı qarış-qarış satıb- FOTOLAR

İcra başçısı Bulvarı qarış-qarış satıb- FOTOLAR