Gündəm / Cəmiyyət / Sosial

"Bəlkə Cəlilabad rayonu köçürülüb, xəbərimiz yoxdur..." - Vətəndaşın "əli hər yerdən üzülüb"


Cəlilabadın bir çox kəndlərinin sakinləri evlərində rahat yaşaya bilmirlər. Buna səbəb evləri zəhərli ilanların basmasıdır.

"Kanal14.az" "JAMAZ.İNFO"ya istinadən xəbər verir ki, bu barədə Facebookdakı şəxsi hesabında məlumat yayan tanınmış jurnalist Təzəxan Mirələmli bildirib ki, durum acınacaqlıdır.

O qeyd edib ki, Cəlilabadın ən yaxın kəndlərindən biri olan Fərzili kəndində qohumları yaşayır. "Baldızımgil Fərzəli kəndində yaşayır. Qızımla danışanda bildirdi ki, evdə ilanlar var, hər gün xalam öldürür. Şəkillərin göndərdi, zəhərli ilanlar olduğunui öyrəndim”.

Mirələmli məsələdən xəbər tutan kimi, ilk Cəlilabad Gigiyena və Epidomologiya mərkəzinə zəng vurub. "Mahir doktorun nömrəsini verdilər. Onunla danışdım və bildirdi ki, biz həşaratlara baxırıq, ilanlara yox. Baytarlıq İdarəsinə müraciət edin. 025 245 30 50 zəng vurdum avtocavabla bildirildi ki, telefon ödəniş edilmədiyi üçün bağlıdır. İcra hakimiyyətinə zəng etmək qərarına gəldim. Subardinasiya qaydaları ilə zəng etdiyim nömrələrdən heç birinə cavab verən olmadı… Bəlkə Cəlilabad rayonu köçürülüb, xəbərim yoxdur”.

Jurnalist sonda qeyd edib ki, insanların həyatları təhlükədədir. "İndi nə edək? İlanlara yalvaraq ki, İcra Hakimiyyətinə getsinlər, bəlkə onda aparatdakılar yuxudan ayılar”.