Gündəm / Siyasət / Cəmiyyət

"Ermənistan bununla auditoriyanın diqqətini BMT-də baş verən biabrçılıqdan yayındırır" - AÇIQLAMA


Ermənistan BMT Təhlükəsizlik Şurasında növbəti dəfə məğlub oldu. Azərbaycana qarşı kifayət qədər genişmiqyaslı informasiya savaşı Ermənistana heç bir uğur gətirmədi. Və Ermənistanın həm sərhəddə, həm də Qarabağda keçirdiyi fəaliyyətlər Ermənistan tərəfinin heç də sülh əldə olunmasına çalışmadığını nümayiş etdirir.

Bu fikirləri "Kanal14.az”a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspert son günlərdə sərhəddə baş verən təxribatlara münasibət bildirib:

"BMT platformasında məğlubiyyətə məruz qalan Ermənistan bu dəfə sərhəddə və rus sülhməramlıların müvəqqəti yerləşdirildiyi ərazilərdə təxribat xarakterli fəaliyyətlərini daha da intensivləşdirəcək ki, daxili auditoriyanın diqqətini BMT-də baş verən biabrçılıqdan yayındıra bilsin. İstənilən halda Azərbaycan növbəti dəfə qələbəsini əldə edib. Bundan sonrakı müddətdə Azərbaycan birgə bəyanatdan irəli gələn şərtləri tam həcmdə Ermənistan tərəfindən yerinə yetirilməsini tələb etməlidir. Bu fəaliyyətdə ilk növbədə erməni silahlıların, erməni silah və texnikalarının Qarabağdan çıxarılmasına həmin silah və texnikalarının isə Azərbaycana təhvil verilməsi, Zəngəzur dəhlizinin açılması və Azərbaycan əhalisinin Qarabağa qaytarılması istiqamətində fəaliyyətlərimizi və hərbi siyasi təzyiqlərimizi gücləndirməliyik. Ermənistan təxribatlarına isə cavabı anında verməliyik. Artıq biz bu məsələlərdə hər hansı xəbərdarlıq, adekvat cavablar deyil, daha təsirli və adekvat cavablar verməliyik".