Gündəm / Siyasət / Cəmiyyət / Foto

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Rafiq Aslanovun oğlu İngiltərədək şirkətini bağlaya bilmədi...

Zaur Mikayılovun müavini Rafiq Aslanovun oğlu İngiltərədəki şirkətini bağlamaq istəyir

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ( ASC ) sədr müavini Rafiq Aslanovun oğlu İngiltərədəki daşınmaz əmlak şirkətinin (EQUILIBRIUM STATE LIMITED) fəaliyyətini dayandırmaq barədə Britaniya Şirkətlər Evinə müraciət edib.

"DogruXeber.az" qeyd edir ki, bu barədə müstəqil araşdımaçı jurnalist Cavanşir Həsənli şəxsi facebook hesabında məllmat verib.

Zaur Mikayılovun müavini Rafiq Aslanovun oğlu İngiltərədəki şirkətini bağlamaq istəyir


Cavanşir Həsənli, əlavə olaraq bildirir ki, "şirkətin kreditor və ya vergi borcu səbəbindən ləğvetmə tələbi rədd olunub. Britaniya qanunvericiliyinə görə şirkət Strike Off prosesindən keçdikdən sonra mövcudluğunu dayandırır.

Xatırladım ki, yüksəkvəzifəli su təsərrüfatı məmurunun oğlu 2018-ci ildə bu şirkət üzərindən Londonda bahalı əmlak alıb, son maliyyə hesabatına görə şirkət aktivlərinin həcmi 853.858 funt sterlinq təşkil edib".