Gündəm / Cəmiyyət / Səhiyyə

Dişlərin ürək sağlamlığına TƏSİRİ

Dişlərin ürək sağlamlığına TƏSİRİ

Ürək-damar xəstəlikləri bütün dünyada insanların vaxtından əvvəl ölüm səbəblərində aparıcı yer tutur.

"Kanal14.az" Lenta.ru-ya istinadən xəbər verir ki, Moskva Səhiyyə Departamentinin stomatologiya üzrə baş mütəxəssisi İqor Zolotnitski ürək və diş sağlamlığı arasındakı əlaqədən danışıb. 

Mütəxəssisin sözlərinə görə, müasir tədqiqatlar göstərib ki, ağız boşluğunun sağlamlığının pis olması və diş əti xəstəlikləri (məsələn, periodontit) ürək patologiyalarının inkişaf riskinin artması ilə əlaqələndirilir. Məsələ burasındadır ki, ağız boşluğunda olan diş xəstəlikləri və iltihabi proseslər qan dövranında bakterial infeksiyaya yoluxma riskini artırır və bu da öz növbəsində ürək qapaqlarına mənfi təsir göstərir.

"Dişlərdə sarı, qəhvəyi və ya qara lövhə olan xəstələrin qan damarlarının divarlarında lövhə olma ehtimalı digərlərinə nisbətən daha çoxdur. Lövhələrin yaranması aterosklerozun inkişafına və digər ağır nəticələrə gətirib çıxarır”, - stomatoloq xəbərdarlıq edib. 

Zolotnitski diqqət çəkib ki, fərdi ağız gigiyenası qaydalarına müntəzəm riayət etməklə və hər altı ayda bir diş həkiminə baş çəkməklə ateroskleroz və ürək-damar sisteminin digər xəstəliklərinin inkişaf riskini azaltmaq mümkündür.