Banqladeşdə denge qızdırmasından ölənlərin sayı ilin əvvəlindən bəri 273 nəfərə çatıb.

"Kanal14.az" xarici KİV-ə istinadən xəbər verir ki,  bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb. 

Bildirilir ki,  ölkədə yanvar ayından bu yana 57,127  nəfər xəstəliyə yoluxub. Yerli səhiyyə mütəxəssisləri bildirirlər ki, hökumət rəsmi olaraq bunu təsdiqləməsə də, qızdırma artıq pik və epidemiya səviyyəsinə çatıb.

Banqladeşdə davam edən musson yağışları infeksiyanın yayılmasına kömək edir. Respublikanın səlahiyyətli orqanlarının ağcaqanadların çoxalmasına nəzarət tədbirlərinin artırılmasına və onların sürfələrinə qarşı mübarizənin gücləndirilməsinə baxmayaraq, qızdırmalı xəstələrin artımı davam edir.