Gündəm / Siyasət

Konstitusiya Məhkəməsinin hakimlərinə aid yaş senzi ləğv olundu

Konstitusiya Məhkəməsinin hakimlərinə aid yaş senzi ləğv olundu

Konstitusiya Məhkəməsinin hakimlərinə aid yaş senzi ilə bağlı məhdudiyyət ləğv olunub.

"Kanal14.az" xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Konstitusiya Məhkəməsi haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, yaş senzi ləğv olunur. Beləliklə, Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin I hissəsinə uyğun olaraq seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikasının vətəndaşı Konstitusiya Məhkəməsinin hakimi ola biləcək.

İndiyə qədər Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin I hissəsinə uyğun olaraq yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikasının vətəndaşı Konstitusiya Məhkəməsinin hakimi ola bilərdi.