Gündəm / Cəmiyyət / Səhiyyə

Naxçıvanda İctimai Səhiyyə Xidməti yaradılıb

Naxçıvanda İctimai Səhiyyə Xidməti yaradılıb

Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin və onun rayon şöbələrinin əsasında Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidməti yaradılıb.

"Kanal14.az" xəbər verir ki, İctimai Səhiyyə Xidmətində xəstəliklərin yaranma səbəbləri və mexanizmlərini, yayılmasını öyrənməklə və profilaktik tədbirlər vasitəsilə insanların sağlamlığının qorunmasını, əmək qabiliyyətinin, həyat keyfiyyətinin yüksəldilməsini və ömrünün uzadılmasını təmin etməklə yanaşı, tibb müəssisələri üçün standartların hazırlanması, pasiyentlərin təhlükəsizliyi üzrə sosial gigiyenanın əhəmiyyətinin insanlara düzgün çatdırılması məqsədilə müxtəlif istiqamətlərdə xidmətlər göstəriləcək.