Gündəm / Cəmiyyət

Bu ərazilərdə avtomobillərin parklanması ödənişsiz olacaq

Bu ərazilərdə avtomobillərin parklanması ödənişsiz olacaq

Bakı, Sumqayıt və Gəncədə avtomobillərin parklanmasının ödənişsiz olacağı ərazilər müəyyənləşib.

"Kanal14.az" xəbər verir ki, bu, Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli qərarı ilə təsdiqlənən və sabahdan qüvvəyə minən "Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”ndə əksini tapıb.

Belə ki, Bakı şəhəri üzrə IV zonada nəqliyyat vasitələrinin parklanmasına görə ödəniş alınmayacaq. Gəncə və Sumqayıt şəhərlərində isə II zonalarda nəqliyyat vasitələrinin parklanmasına görə ödəniş nəzərdə tutulmayıb.

Ölkənin digər şəhərlərində isə zona prinsipi tətbiq olunmayıb və bu şəhərlərdə avtomobillərin parklanması ödənişsiz olacaq.