Gündəm / Siyasət

Aİ Naxçıvana gedən dəmir yolunun tikintisini maliyyələşdirə bilər

Aİ Naxçıvana gedən dəmir yolunun tikintisini maliyyələşdirə bilər

Avropa Şurasının prezidenti Şarl Mişel Aİ-nin Ermənistan ərazisindən keçən dəmir yolunun tikintisini maliyyələşdirməyə hazır olduğunu qeyd edib.

"Kanal14.az" xəbər verir ki, bu barədə Aİ lideri Brüsseldə keçirilən İlham Əliyev-Şarl Mişel-Nikol Paşinyan üçtərəfli görüşündən sonra açıqlayıb.

Söhbət Naxçıvandan MR-dan Azərbaycana dəmir yolunun bərpasından gedir ki, bu da kommunikasiyanın blokadadan çıxarılması işləri çərçivəsində müzakirə olunur.