Gündəm / Cəmiyyət / Sosial / Səhiyyə

Azərbaycanda elektron reseptlər tətbiq ediləcək

Azərbaycanda elektron reseptlər tətbiq ediləcək

Azərbaycanda elektron reseptlər tətbiq ediləcək.

"Kanal14.az" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dərman vasitələri haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, dərman vasitələrinə reseptlərin elektron formada yazılmasına imkan verən sistemin tətbiqi nəzərdə tutulub.

Müzakirələrdən sonra məsələ III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.