Gündəm / Cəmiyyət

İnsanın dəyəri işində bilinər

İnsanın dəyəri işindən bilinər

Kanal14.az: - Xəbər verdiyimiz kimi, Daxili İşlər Naziri General-Polkovnik Vilayət Eyvazov 10 iyul 2023-cü il tarixində müvafiq əmr imzalayıb.

Əmrə əsasən DİN-nin Mətbuat xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq, təqaüdə göndərilib.

Ertəsi gün - yəni 11 iyul 2023-cü il tarixində nazir Vilayət Eyvazovun imzaladığı daha bir əmrə əsasən Ehsan Zahidovun yerinə - mətbuat xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra etmək polis polkovnik-leytenantı Elşad Hacıyevə tapşırılıb.

Qeyd edək ki, Elşad Hacıyev əvvəllər Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri olub, 2020-ci ildən bəri isə DİN-nin mətbuat xidmətinin şöbə rəisi vəzifəsini tutur.

Bu isə o deməkdir ki, Elşad Hacıyev bu sahədə kifayət qədər təcrübəyə malikdir. Həmçinin, o, bir çox dövlət qurumlarınin mətbuat xidməti rəhbərlərindən fərqli olaraq, istər İctimaiyyətlə, istərsə də mətbuat nümayəndələri ilə qurduğu səmimi münasibəti və məlumatlara operativ reaksiyası, aidiyyatı üzrə yönləndirməsi ilə həm seçilib, hər kəsin hörmətini qazanıb.

Əvvəla, "DogruXeber.az" informasiya agentliyinin rəhbəri və kollektivi adından Elşad Hacıyevi müvəqqəti tapşırılmış görəv olsa da hazırda layiq olduğu mövqedə olduğu üçün təbrik edir, işlərində daha böyük uğurlar arzulayırıq.

İnanırıq ki, yüksək məsuliyyətli, işinin peşəkarı olan Elşad müəllim bu işin də öhdəsindən yüksək səviyyədə gəlməyi bacaracaq.

Elə redaksiyamıza mütəmadi daxil olan çoxsaylı məlumatlar və müraciətlərlə bağlı Elşad Hacıyevlə zaman-zaman əlaqə saxlayan, operativ cavab əldə edən mətbuat nümayəndəsi olaraq, bildirmək istəyirik ki, Elşad Hacıyev bu vəzifəyə layiqdir.

Odur ki, öz adımızdan cənab nazir Vilayət Eyvazovdan Elşad Hacıyevin həmin vəzifəyə rəsmən qəbul edilməsini xahiş edirik.

DogruXeber.az