İranın Ermənistana yeni təyin olunmuş səfiri Mehdi Sübhani diplomatik missiyasına başlayıb.

"Kanal14.az" İRNA agentliyinə istinadən xəbər verir ki, Sübhani səfir kimi fəaliyyətə başlamazdan əvvəl İranın xarici işlər naziri Hüseyn Əmir Abdolahiyanla görüşüb.

İranın XİN rəhbəri səfirlə görüşdə hökumətin qonşuları ilə münasibətlərə üstünlük verilməsi ilə bağlı siyasətini bir daha təsdiqləyib.