Gündəm / Cəmiyyət

Natəvan Məmmədova yenidən Baş katib təyin olundu

Natəvan Məmmədova yenidən Baş katib təyin olundu

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında kadr təyinatı olub.

"Kanal14.az” xəbər verir ki, Natəvan Məmmədova ASK-nin Baş katibi təyin olunub. 

Konfederasiyasının prezidenti Məmməd Musayev yeni təyin olunmuş Baş katibi kollektivə təqdim edib.

Qeyd edək ki, Natəvan Məmmədova Amerika Ticarət Palatası, Azərbaycan Respublikası Mərkəzi Bankı, Dünya Bankı, ABŞ Xəzinədarlıq Departamenti, McKinsey&Company kimi qurumlarda rəhbər vəzifələrdə çalışıb. O, 2013-2015-ci illərdə də ASK-nın Baş katibi olub.