Gündəm / Cəmiyyət

`Şapka` Mamedlə bağlı İLGİNC İDDİALAR...


Kanal14.az: - Şapka” Mamed kimi tanınan Məmməd Musayevin ömür yoluna nəzər salanda məlum oldu ki, bu adam 52 yaşında alim olub. Bilənlər bilir ki, alim olanlar 28-30,uzağı 35 yaşında alim olur. Bu günkü alimlərin çoxu məmur olub milyonlar qazanandan sonra saxta yolla alimlik dərəcəsi almaq üçün müdafiə edib alim olanlardır. Sizi inandırıram ki, "Şapka” Mameddən soruşan olsa ki, hansı mövzuda müdafiə etmisən, müdafiə etdiyin mövzunun adı nə olub, yəqin ki, bilməz. Bütün bunları bir kənara qoyub, Məmməd Musayevin bankir kimi fəaliyyətinə nəzər salaq. 1992-ci ildə AXC hakimiyyəti dövründə Dövlət Bankının Qaradağ şöbəsinin, Aqrar Sənaye Bankının Əməliyyat idarəsinin rəisi, 1992-ci ildən Respublika Səhmdar Kommersiya Aqrar Sənaye Bankının İdarə Heyətinin Sədri olan,Məmməd Musayev AXC hakimiyyətdən gedəndən sonra da karyerasını davam etdirib.2001-ci ildən isə hal-hazıradək "Aqrarkredit" Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin Sədri vəzifəsində çalışır. Bəli, Azərbaycanda aqrar sahəyə ayrılan 100 milyonları mənimsəyən Məmməd Musayev məhz həmin dönəmdə "Şapka” ləqəbini qazanıb. Belə ki, aqrar sahədə
çalışanlara,sahibkarlara verilən kreditin "şapka”sını alaraq onlara kredit verib. İndi özünüz düşünün ki, aqrar sahədə çalışanlar bu cüzi kreditlə nə edə bilərdi..?
Bu gün kənd təsərrüfatı məhsullarının baha olmasının bir səbəbi də budur. Hələ bu harasıdır..? Məmməd Musayevin şəxsən təşəbbüsü ilə 1995-ci ildə Türkiyə Respublikasının "Ziraat" Bankı və Aqrar Sənaye Bankının birgə təsisçiliyi ilə "Azər-Türk Bank" Birgə Səhmdar Kommersiya Bankı yaradılmışdır. Bu həmin "Ziraat” Bankdır ki, "Şapka” Mamedlə birgə dövlətin Kənd Təsərrüfatı Nazirliyinə ayırdığı milyonlarla krediti mənimsəyib. Və "Ziraat” Bankın neqativ fəaliyyəti ölkədə hamıya məlumdur. Hansı ki, o milyonlar regionlarda aqrar sahənin inkişafına, yeni iş yerlərinin açılmasına və ən əsası ƏRZAQ BOLLUĞU üçün ayrılmışdı. "Şapka” Mamed özünü Azərbaycan cəmiyyətinə XEYRİYYƏÇİ kimi sırımağa çalışır. Hansı ki, öz həmyerliləri, yəni Qazax camaatı dəfələrlə mediada Məmməd Musayevin ünvanına nələr deməyiblər. Qazax rayon sakinləri yazır ki, özünü xeyriyyəçi adlandıran Məmməd Musayev rayondakı imkansız şəxslərin torpaq sahələrini, evlərini ələ keçirir...
Hətta bu adam öz dədə-baba evini ona satmaq istəməyən yaşlı qadına təzyiq üçün onun həbsxanadakı qızına da təsir yolları tapıb. İndi bu adamın mənəviyyatını təsəvvür edin... Həbsxanadakı əli-qolu bağlı qadına "kişilik göstərmək”. Bu nəinki milli-mənəvi dəyərlərə, heç insanlığa, kişiliyə yaraşan hal deyil. Məmməd Musayevin korrupsiya əməlləri barədə sabiq Baş prokuror Zakir Qaralova yazılan şikayətləri bir yerə yığsalar böyük təpə yaranar. Amma heç bir nəticə olmayıb. Savadlı bank mütəxəssisləri bilir ki, Məmməd Musayev qeyri-peşəkar, səriştəsiz, savadsız bank rəhbəri olub və həmişə öz mənfəətini güdüb. Əslində Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyev həbs ediləndə "Şapka Mamed” də həbs olunmalı idi.
Onu da qeyd edək ki, Məmməd Musayevin sahibi olduğu "Turanbank”ı oğlu Fuad Musayev idarə edir. "Şapka” Mamed utanıb-qızarmadan onun barəsində şikayət edənlərə deyir ki, mənim Prezidentlə şəklim var, məni şəxsən tanıyır, bütün işləri yuxarılarla danışıb həll edirəm... Məmməd Musayevin tanınmış ekstrasens Zirəddin Rzayevə sponsorluq etməsi, kimlərinsə dilini-ağzını bağlatması barədə də mediada çox yazılıb.
İndi isə Məmməd Musayevlə bağlı keçək lap son xəbərə. 3 gün öncə ölkə mediasında yayılan xəbərdən bəlli oldu ki, Məmməd Musayev "Türk-Azərbaycan” klinikasını alıb və qızı Xuraman xanımı klinikaya rəhbər təyin edib. Ən dəhşətlisi odur ki, "Şapka Mamed” klinikanın tanınmış həkimlərini işdən çıxartmaq üçün onları hədələyir. Bəli, sosial şəbəkədə tanınmış həkim-psixiatr Abdulla Şıxlinskinin "Şapka Mamed" kimi tanınan Məmməd Qurban oğlu Musayevin "Türk-Amerikan” klinikasını alması, onu qanunsuz olaraq işdən çıxarması və hədələnməsi haqda müraciəti yayılıb. Şikayətçi yazır ki, Məmməd və qızı Xuraman xanım həkimlərin maaş kartlarını özlərində saxlayıb, həmin kartlarla hansı özbaşınaqlıqları etdikləri məlum deyil.
Deməli, klinikada həkimlərin qəbulu üçün otaq çatmadığı bir vaxtda Xuraman xanım böyük bir otağı təmir etdirib, özünə istirahət otağı düzəltdirib. Həkim şikayətində yazır ki, klinikaya sığorta ilə gələn xəstələrə xidmət göstərilmir: "Pulsuz, xeyirsiz xəstələrdir” deyib başdansovdu yanaşılır. Klinikada həkim-terapevtin otağı axşam 20.00-dan sonra şəxsi qohumlar üçün görüş otağı kimi istifadə olunur. Psixiatr yazır ki, mən ona deyəndə ki, sənin qızın problemlidir, inanmır... İndi gördünüzmü, bankirin klinika almasını, klinikanı hansı məkana döndərməsini, onun qızının problemli olmasını və daha nələri...
Yazıda adları çəkilən hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//